Dünyanın ən güclüpasportları açıqlandı – Azərbaycan pasportunun tutduğu yerə DİQQƏR

Hər il yenilənən və 199 ölkənin pasportunu qiymətləndirən “Nomad Passport Index 2025” reytinqi açıqlanıb.
Valyuta.az xəbər verir ki, bu indeks pasportları beş əsas meyar üzrə qiymətləndirir: səyahət azadlığı, vergi siyasəti, qlobal qəbul,ikili vətəndaşlıq imkanı, şəxsi azadlıqlar.
2025-ci ildə İrlandiya 109.00 bal toplayaraq reytinqin lideri olub. Onu İsveçrə (108.50), Yunananıstan ( 108.50), Portuqaliya (108.00) və Malta (107.50) izləyir. Ölkələr yüksək beynəlxalq nüfuzları, əlverişli biznes və vergi siyasətləri sayəsində ön sıralarda qərarlaşıb.
2023-cü ildə lider olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yeni vergi siyasətləri səbəbindən 10-cu yerə (106.50 bal) düşüb.
İlk 10-luq belədir:
1.İrlandiya – 109.00
2.İsveçrə – 108.50
3.Yunanaıstan – 108.50
4.Portuqaliya – 108.00
5.Malta – 107.50
6.İtaliya – 107.50
7.. Lüksemburq – 107.00
8.Finlandiya – 107.00
9.Norveç – 107.00
10. Birləşmiş Ərəb Əmirlikləri – 106.50
Azərbaycan bu reytinqdə 125-ci yerdə qərarlaşıb. Bu, ölkənin səyahət azadlığı, qlobal qəbul və vergi siyasətində müəyyən məhdudiyyətlər yaşadığını göstərir. Azərbaycan Lesoto, Filippin və Belarus ilə eyni mövqeni bölüşür.