• 07 Aprel 2025 07:51

ABŞ-nin bütün ştatlarında Tramp əlyhinə aksiyalar keçirildi

ABŞ-ın bütün 50 ştatında və dünyanın müxtəlif yerlərində milyonlarla insan prezident Donald Trampın və hökumətin effektivliyi üzrə rəhbəri İlon Maskın siyasətlərinə qarşı etiraz aksiyalarında iştirak edib.

 

Tacxeber.com CNN-ə istinadla xəbər verir ki, ölkə boyu ştat paytaxtlarında, federal binalarda, konqres ofislərində, sosial təminat qərargahlarında, parklarda və bələdiyyə binalarında 1400-dən çox etiraz aksiyası keçirilib.

 

Tədbirlərdə iştirak etmək üçün demək olar ki, 600 min insan qeydiyyatdan keçib, bəziləri London və Paris kimi böyük şəhərlərdə baş tutub.

 

Təşkilatçılar “milyarderlərin hakimiyyəti ələ keçirməsinə və Tramp administrasiyasının geniş yayılmış korrupsiyasına son qoyulmasını” tələb etdiklərini və “Medicaid” (aztəminatlı insanlar üçün hərtərəfli tibbi sığorta proqramı – red.), sosial təminat və digər səhiyyə xidmətlərində federal ixtisarlara son qoymağa çalışacaqlarını bildiriblər.

Tacxeber.com

Oxşar xəbərlər