• 07 Aprel 2025 11:14

Çindən 11 manata gələn məhsul, Honkonqdan 680 manata gəlib

2025-ci ilin yanvar ayında Azərbaycana müxtəlif ölkələrdən toplamda 47 608 ədəd elektrikli saç qurudanları gətirilib. 

 

Tacxeber.com Valyuta.Az-a istinadən xəbər verir ki, idxal olunan fenlərin 1 ədədin gömrük dəyəri təxminən 7.36 dollar və ya 12.51 manat olub.

Məlumata əsasən, sözügedən məhsulun ən ucuz idxal olunduğu ölkə Çin, ən baha idxal olunduğu ölkə isə Honkonq (Çinin xüsusi inzibati rayonu) olub. Belə ki, fenlərin 1 ədədi Çindən təxminən 6.77 dollar və ya 11.51 manata, Honkonqdan isə 400 dollar və ya 680 manata gətirilib.

 

Sayca ən çox idxal həyata keçirilən ölkə isə Çin olub. Belə Çindən yuxarıda qeyd olunan qiymətlə 1 ayda 46 775 ədəd fen gətirilib.

Həmçinin Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığından təxminən 636.09 manatdan 12 ədəd, İsveçrədən 59.50 manatdan 10 ədəd, Koreya Respublikasından 422.88 manatdan 8 ədəd, Tailanddan 43.21 manatdan 745 ədəd, İtaliyadan isə 68.87 AZN 39 ədəd idxal həyata keçirilib.

 

Ən az idxal isə Türkiyə (4 ədəd) və Malayziyadan (3 ədəd) olub. Bu ölkələrdən idxal olunan malın 1 ədədin gömrük dəyəri müvafiq olaraq 25.50 manat və 674.34 manat olub.

Xatırladaq ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu məhsulun idxalı təxminən 2.11 dəfə artıb. Ən ucuz şəkildə idxal olunan ölkə Rusiya, ən baha idxal olunan ölkə isə Səudiyyə Ərəbistanı olub.

 

Aşağıdakı cədvəldə ötən ilin yanvar ayında idxalın həyata keçirildiyi ölkələri və məhsulun 1 ədədinin təxmini gömrük dəyərini görə bilərsiniz:

 

ölkə

ədəd

orta qiymət

  Rusiya

2

8.50 AZN

  Birləşmiş Ərəb Əmirlikləri

1

765.00 AZN

  Çin

21 346

16.85 AZN

  Malayziya

100

723.01 AZN

  Tailand

142

39.15 AZN

  Türkiyə

337

19.28 AZN

  İtaliya

651

64.70 AZN

Tacxeber.com

Oxşar xəbərlər