• 17 Aprel 2025 17:35

“Qarabağ” “Zirə”ni, “Kəpəz” “Sabah”ı məğlub etdi.

"Qarabağ" "Zirə"ni, "Kəpəz" "Sabah"ı məğlub etdi

Misli Premyer Liqasında 29-cu tur davam edir.

 

Bu gün daha iki matç oynanılıb.

 

Əvvəlcə “Sabah” öz meydanında “Kəpəz”i qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, paytaxt təmsilçisi 36 xalla 5-cidir. Gəncə klubu isə 27 xalla 9-cu pillədə yerini möhkəmləndirib və sonuncu – 10-cu yerdəki “Səbail”lə xal fərqini 7-ə çatdırıb.

 

Günün ikinci qarşılaşmasında “Qarabağ” “Zirə”ni qəbul edib. Matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşün 90+9-cu dəqiqəsində qonaq komandanın xeyrinə penalti təyin olunsa da, Qismət Alıyevin zərbəsini qapıçı Mateus Koxalski dəf edib.

Beləliklə, “Qarabağ” 70 xalla liderdir, “Zirə” isə 55 xalla 2-ci yerdə qərarlaşıb.

 

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

 

6 aprel (bazar)

19:30. “Qarabağ” – “Zirə” – 1:0

Qol: Kadi Borqes, 15
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Tofiq Bəhramov adına Respublika Stadionu

 

17:00. “Sabah” – “Kəpəz” – 0:1

Qol: Valdemar Almeyda, 41
Hakimlər: Rauf Cabarov, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə
VAR: Nicat İsmayıllı
AVAR: Akif Əmirəli
“Bank Respublika Arena”

 

7 aprel (bazar ertəsi)

15:30. “Şamaxı” – “Neftçi”

18:00. “Araz-Naxçıvan”– “Sumqayıt”

 

5 aprel (şənbə)

“Səbail” – “Turan Tovuz” – 0:0

 

Bombardirlər:

Leandro Andrade (“Qarabağ”) – 11 qol

Cesse Sekidika (“Sabah”) – 10 qol

Salifu Suma (“Zirə”) – 9 qol

Davit Volkov (“Zirə”) – 9 qol

Felipe Santos (“Araz Naxçıvan”) – 9 qol

Coy-Lens Mikels (“Sabah”) – 8 qol

Nəriman Axundzadə (“Qarabağ”) – 8 qola  (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər