• 07 Aprel 2025 11:15

Sistemin açıq kodları. (Düşünmək üçün)

Dəyərli Sevinc xanım jurnalist kimi növbəti dəfə uğurlu bir işə imzasını atdı – Şərurlu İsfəndiyarla müsahibə ölkədə iqtisadi və siyasi sistemi anlamaq üçün lap yerinə düşdü.

 

Müsahibə və səslənən etiraflar hüququn işlədiyi istənilən ölkədə ciddi qalmaqal yaratmalı, istintaq orqanları üçün araşdırma materialı olmalı idi.

Tək o müsahibəyə görə (özü də daxil olmaqla) onlarla məmur indi müvafiq orqanlarda ifadə verməli idilər.

 

Amma cəmiyyət olaraq o müsahibədə iki məsələyə fikir yönəltdik: Şərurlu İsfəndiyarın eşq məcaraları və məncidlərlə bağlı dediyi absurd fikir – vəssalam.

Hansısa xanımla olan məsələ öz işidir, ictimai əhəmiyyəti sıfra yaxındır, amma bilərəkdən bu məsələni dedi ki, əsas məğz kənarda qalsın, elə məscidlərlə bağlı söyləyidiyinin məqsədi də diqqəti sistemli problemlərdən yayındırmaq idi.

 

Müsahibə onu göstərdi ki, ölkədə qanunlar işləmir, amma qaydalar, özü də tez-tez dəyişən qaydalar mövcuddur. İstənilən iş adamının “şkafında skiletlər” var, onları şkafa yığan sistemin özüdür, çünki, istənilən an hansısa “skilet” ortalığa çıxıb iş adamının başına qapaz kimi istifadə edilir.

Belə ortamda məmləkətdə nə investor ola bilər, nə isvestisiyalar – bu məsələ bir daha təsdiqini tapdı. Acınacaqlı mənzərədir…

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər