Trampa qarşı impiçment prosesini başladacaq

ABŞ Nümayəndələr Palatasının demokrat üzvü El Qrin növbəti 30 gün ərzində ABŞ Prezidenti Donald Trampın impiçment prosesini başladacağını elan edib.
Tacxeber.com xəbər verir ki, bu barədə “The Hill” nəşri siyasətçidən sitat gətirib.
“Bizə onu bu dəfə məhkum edəcək senat lazımdır və mən istəyirəm biləsiniz ki, onun Calut olduğunu ürəkdən anlayıram. O, Calutdur. O, Respublikaçılar Partiyasını, ordudakı generalları və Ədliyyə Nazirliyini nəzarətdə saxlayır. Amma, dostlar, hər Caluta qarşı bir Davud tapılar. Mən istəyirəm biləsiniz, cənab prezident, bu Davud növbəti 30 gün ərzində sizə qarşı impiçment işi başladacaq. Növbəti 30 gün ərzində mən impiçment işini təqdim edəcəyəm”, – Qrin Kolumbiya dairəsindəki mitinqdə nümayişçilərə müraciət edərkən bildirib.
Onun sözlərinə görə, Trampa ədalət və xalqın idarə edilməsi məsələlərində etibar etmək olmaz.