Donald Trampın ardınca NATO-nun baş katibi Mark Rutte də Rusiyanı “tanqo”ya dəvət etdi
Rusiya Ukraynada sülhə nail olmaq üçün “tanqo oynamalıdır”. Bu barədə NATO-nun baş katibi Mark Rutte CBS telekanalına müsahibəsində bildirib. Lakin o, Kiyevin tanqo rəqsi edib-etmədiyini dəqiqləşdirməyib. Baş katib əmindir ki, “top indi rusların meydanındadır”.
Ruttenin sözləri Rusiyanın köməyi olmadan hərbi əməliyyatların dayandırılmasına nail olmaq cəhdinin mümkünsüzlüyünü nəzərdə tutur. Şimali Atlantika Alyansının baş katibinin sözlərinə görə, hərbi təmas xətti “səhv istiqamətdə hərəkət edir”.