Ərini baltalayan üç uşaq anası azadlığa BURAXILDI – Keçən il həbs olunmuşdu

Ərini baltalamaqda təqsirli bilinərək 1 il əvvəl 9 il həbs cəzası alan Lalə İmaşova azadlığa buraxılıb.
Tacxeber.com Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə 20 saylı vəkil bürosu məlumat yayıb.
Sabunçu Rayon Məhkəməsi Lalənin üç azyaşlı uşaq anası olmasını nəzərə alaraq belə qərar qəbul edib.
Xanım müttəhimin qalan həbsi şərti cəza ilə əvəzlənib. O, cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
İttihama görə 30 yaşlı Lalə mübahisə zəminində ərinin başına balta ilə zərbə endirmişdi. O, hökmə qədər azadlıqda idi.