• 17 Aprel 2025 02:48

Ronaldo özünə yeni təyyarə aldı – FOTO/VİDEO

“Ən-Nəsr”in futbolçusu Kriştiano Ronaldo və Corcina Rodriques sürəti 900 km/saata çata bilən və 9000 km-ə qədər uçuş məsafəsinə malik yeni şəxsi “Bombardier Global Express” təyyarəsi alıblar.

 

Tacxeber.com xəbər verir ki, təyyarə 17 nəfər sərnişini qəbul edə bilər. Üç istirahət, şəxsi yataq, duşlu vanna otaqları və mətbəxdən ibarətdir.

 

“Instagram”da paylaşılan bəzi fotolarda qızıl elementli dəri oturacaqlar da görünür.

 

Bu, Ronaldunun ilk təyyarəsi deyil. O, əvvəllər “Gulfstream G200″ə sahib idi. Lakin yüksək texniki xidmət xərclərinə görə onu satıb.

 

Cütlük artıq yeni təyyarədən səyahətlər üçün istifadə etməyə başlayıb.



Tacxeber.com

Oxşar xəbərlər