Tramp azərbaycanlıları da bu ölkəyə deportasiya etdi
Fevral ayında Prezident Donald Trampın təşəbbüsü ilə ölkəni qanunsuz mühacirlərdən “təmizləmək” kampaniyası çərçivəsində ABŞ-dan 200 nəfərdən ibarət qrup Kosta-Rikaya aparılıb.
Bu barədə SWI məlumat yayıb.
Deportasiya edilənlər arasında Azərbaycan, Ermənistan, Türkiyə, Çin, Rusiya, Gürcüstan, Qazaxıstan, Hindistan, Özbəkistan, Konqo, Vyetnam və Nepal vətəndaşları olub.
“Deportasiya edilənlərdən 84-ü artıq ölkələrinə qayıdıb, 94-ü isə sığınacaqda qalmaqda davam edir”, – məlumatda bildirilib.
Kosta-Rika hökuməti qeyd edib ki, ABŞ Dövlət Departamenti bu insanlara humanitar yardım və qayğı göstərmək üçün Beynəlxalq Miqrasiya Təşkilatına maliyyə dəstəyi verir. (Axar)