Dünyanın ən bahalı şirkəti AÇIQLANDI

ABŞ-ın “Microsoft Corporation” şirkəti dünyanın ən bahalı şirkəti adını özünə qaytarıb.
Tacxeber.com “İnterfaks”a istinadən xəbər verir ki, “Microsoft”un bazar kapitallaşması 2.64 trilyon dollara çatıb.
“Apple”ın dəyəri isə 2.59 trilyon dollara düşüb.
Ekspertlər “iPhone” istehsalçısının səhmlərinin kəskin düşməsini investorların ABŞ və Çin arasında ticarət müharibəsinin eskalasiyası ilə bağlı narahatlıqları ilə əlaqələndirirlər.
Qeyd edək ki, “Microsoft” artıq 2024-cü ilin yanvarında, həmçinin 2021-ci ildə dünyanın ən bahalı şirkəti olmuşdu, lakin sonradan liderliyi “Apple”a vermişdi.