Məhkəmə Trampa əmr etdi: “Qaytarın!”
ABŞ-ın dairə hakimi Trevor MakFadden “Associated Press” jurnalistlərinin Ağ Evə girişini bərpa etməyi əmr edib.
Tacxeber.com xəbər verir ki, AP əməkdaşları Oval Ofis, “Air Force One” təyyarəsi və Ağ Evə yenidən giriş əldə ediblər.
Hakim öz qərarında Konstitusiyanın Birinci Düzəlişinə istinad edib: “Hökumət bəzi jurnalistlərin üzünə qapı açırsa, o zaman bu qapıları digər jurnalistlərin fikrinə görə bağlaya bilməz”.