• 18 Aprel 2025 11:24

ABŞ demokratları mayın 30-a kimi İlon Maskı qovmaq istəyirlər

ABŞ Demokrat Partiyasının bir qrup nümayəndəsi İlon Maskı mayın 30-dək prezident Donald Trampın administrasiyasını tərk etməyə məcbur etmək üçün kampaniyaya başlayıb.

 

“Axious” mənbələrinə istinadən xəbər verir ki, təşəbbüskarlar Trampa müvafiq məktub göndəriblər. Orada DOGE işçilərinin 130 gündən çox işləyə bilməyəcəyini bildirən qanuna işarə edilir. Mesajın təşəbbüskarlarından biri bildirib ki, Demokratlar Partiyası Amerika prezidentinə təzyiq göstərmək üçün “hüquqi və siyasi alətlərə malikdir”.

 

Öz növbəsində Donald Tramp administrasiyası ABŞ-ın 46-cı prezidenti Co Baydenin təqdim etdiyi dəyişikliklərə istinad etmək niyyətindədir. Onların sözlərinə görə, ödənişsiz ezamiyyət günləri Səmərəlilik İdarəsinin rəisinin 130 günlük işinə daxil edilməyəcək.

 

Bundan əvvəl ABŞ-ın vitse-prezidenti J.D.Vens bəyan etmişdi ki, DOGE-dəki işini başa vurduqdan sonra Mask Amerika prezidentinin müşaviri olaraq qalacaq. Departament müdirinin özü deyib ki, səlahiyyət müddətinin sonuna kimi DOGE-nin işlərinin böyük hissəsi yekunlaşacaq.

Tacxeber.com

 

Oxşar xəbərlər