“Bizim heç kimin bilmədiyi silahlarımız var”

“ABŞ çox güclüdür. Bizim heç kimin nə olduğunu bilmədiyi silahlarımız var”.
Tacxeber.com xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
“Ticarət müharibəsindən kənarda eskalasiyadan narahatsınızmı?” sualına o, belə cavab verib: “Biz çox güclüyük. Bu ölkə çox güclüdür. İnsanların düşündüyündən daha güclüdür. Bizim silahlarımız var ki, onların nə olduğunu heç kim bilmir və onlar dünyanın ən güclü silahlarıdır, hamıdan güclüdür. Ona görə də heç kim bunu etməyəcək. Tariflərin dayandırılmasının bazarlara belə təsir edəcəyini bilmirdim. Bu gün bazarlar çox gözəl gün keçirdi”.