İranın Ali Lideri Əli Xameneinin həbsi tələb edildi

Argentina prokurorluğu 1994-cü ildə Buenos-Ayresdə yəhudi mərkəzinin partladılması ilə bağlı İranın Ali Lideri Əli Xameneinin həbsini tələb edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “The Jerusalem Post” nəşri məlumat verib.
“Prokuror Sebastyan Basso federal hakim Daniel Rafekasa İranın ali dini lideri Əli Hüseyni Xameneinin həbsi üçün milli və beynəlxalq orderin verilməsi istəyi ilə müraciət edib”, – deyə materialda bildirilib.
Basso xüsusilə İran liderinin insidentdə mümkün iştirakını araşdırmaq istəyir. Lakin material müəlliflərinin qeyd etdiyi kimi, belə bir tədbir Buenos-Ayres və Tehran arasında münasibətləri əhəmiyyətli dərəcədə pisləşdirə bilər.