• 18 Aprel 2025 08:45

“Kişinin kişi sifəti olar da, qadınlar nəyinizi bəyənsin?!” – FOTO

“Kişi təmiz, səliqəli və baxımlı olar, hətta olmalıdır, amma kişi qadın deyil”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri tanınmış həkim Müşfiq Hüseynov deyib. O, kişilər üçün “çistka” (dərinin təmizlənməsi) prosedurunu qınayıb:

 

“Bu reklam özünə Dr.filankəs deyən “mütəxəssisin” səhifəsində qarşıma çıxdı. Adını yazıb populyarlaşdırmaq istəmirəm.

 

Milyon dəfə demişəm, bu da olsun milyon 1.

 

Kişi təmiz, səliqəli və baxımlı olar, hətta olmalıdır, amma kişi qadın deyil, olmamalıdır. Saatlarla hansısa üz təmizliyinə uzanmamalıdır. Kişi niyə üzünü skrab və maska eləsin ki? Kişinin kişi sifəti olar. Sonra deyirsiniz ki, qadınlar bizi bəyənmir. Nəyinizi bəyənsin, parıldayan sifətinizi?

 

Çox şükür, çevrəmdə və dostluğumda belələri yoxdur. Əgər gözümdən qaçıbsa və adına “doktor” deyib bir cümlədə azı 8 səhv buraxan, təmizliyə “çistka”, mərhələyə “etap” deyən “kişilər” varsa özünüz üzüsulu çıxın. Üzü quru da çıxa bilərsiniz. Onsuz da gedib “çistka” edəcəksiniz”, – deyə o əlavə edib.

 

Oxşar xəbərlər