Rusiya qoşunları “Şahed” kamikadze təyyarələri ilə Kiyevə hücum edib: dağıntı və tələfat var
Rusiya qoşunları Kiyevə “Şahed” kamikadze təyyarələri ilə hücum edib. Nəticədə mülki infrastruktur dağıdılıb.
Aprelin 10-da gecə yarısına bir dəqiqə qalmış məlum olub ki, Ukraynanın paytaxtında hava hücumundan müdafiə sistemi fəaliyyət göstərir. “Darnitski rayonunda PUA qalıqlarının düşməsi nəticəsində şəxsi bina dağılıb. Bir nəfər dağıntılar altında qalıb. Hadisə yerinə xilasedicilər göndərilib”, – Kiyev Vilayət Dövlət Administrasiyasının rəhbəri Timur Tkaçenko yazıb.