• 18 Aprel 2025 10:52

Si Cinpindən xoşum gəlir, onunla görüşəcəyəm – ABŞ prezidenti Donald Tramp

ABŞ prezidenti Donald Tramp Çin lideri Si Cinpini kütləvi ticarət tarifləri tətbiq etdikdən və Çinlə faktiki olaraq ticarət müharibəsinə başladıqdan sonra onu “dost” adlandırıb.

 

CNN-in məlumatına görə, Tramp bunu Oval kabinetdə çıxışı zamanı deyib. “Əlbəttə, o mənim dostumdur. Ondan xoşum gəlir” – Tramp deyib və əlavə edib ounla görüşəcək.

 

Tramp daha əvvəl Pekinin ABŞ mallarına əlavə cavab rüsumları tətbiq etməsindən sonra Çinə tətbiq edilən tarifləri 125%-ə qaldırdığını açıqlamışdı. Eyni zamanda, daha əvvəl Ağ Evdə keçirilən ayrı bir tədbirdə o, “Çinin razılaşma etmək istədiyinə” inandığını söyləyib. “Çin sövdələşmə etmək istəyir. Onlar sadəcə bunu necə edəcəklərini bilmirlər. Bilirsiniz, bu, onların bilmədiyi şeylərdən biridir – onlar qürurlu insanlardır… Və Prezident Si qürurlu insandır. Mən onu çox yaxşı tanıyıram və onlar bunu necə edəcəyini tam bilmirlər. Amma onlar bunu anlayacaqlar. Onlar məsələni həll etmək prosesindədirlər, lakin o, reportyorlara açıqlama vermək istəyir”.

 

Tramp həmçinin ABŞ-a cavab rüsumları tətbiq etməyən ölkələrə “90 günlük fasilə” verdiyini bildirib.

Tacxeber.com

Oxşar xəbərlər