Ukraynaya məxsus qırıcı Rusiya komandanlığının artilleriya alayının qərargahını məhv edib
Ukraynaya məxsus qırıcı təyyarə Xerson vilayətində Rusiya komandanlığının bunkerini vuraraq Rusiya Federasiyasının 81-ci özüyeriyən artilleriya alayının qərargahını məhv edib.
Tacxeber.com xəbər verir ki, bu barədə “Forbes” yazır. Zərbə nəticəsində komandanlığın 30-a yaxın hərbçisi həlak olub. Zərbədən sonra Ukraynaya məxsus pilotsuz uçan aparat dağıntıları əllə təmizləməyə çalışan sağ qalanları qeydə alıb. “Belə zərbələr düşmən qüvvələrini aydın nəzarətdən məhrum edir, həmçinin şəxsi heyəti əhəmiyyətli dərəcədə ruhdan salır. Bizim adalara eniş ola bilməz”, – ukraynalı bloqer “Sonyaşnik” qeyd edib.