• 19 Aprel 2025 15:21

Dünya iqtisadyyatında dalğalı dövr yaşanır. Bəs bizim hökumət və Mərkəzi Bank nə edir?

Dünya iqtisadyyatında dalğalı dövr yaşanır, neft qiymətləri düşür, məmləkətdə manatın gələcəyi ilə bağlı suallar yaranır – belə vəziyyətdə hökumət, Mərkəzi Bank nə etməlidir?! Bəli, əhali və bizneslə daha çox kommunikasiya qurmalı, bazara yaxşı mənada “sözlü müdaxilələr” etməli, əhali və biznesi sakitləşdirməyə çalışmalıdır.

 

Bəs bizim hökumət və Mərkəzi Bank nə edir? Artıq 2 aya yaxındır ki, həftəlik formal valyuta hərracları ilə bağlı məlumatları elan etmir! Bu doğru deyil, hətta ajiotajı, neqativ gözləntiləri artırır.

 

Qərarın məntiqini anlamaq çətindir, amma ziyanı açıq-aşkar görünür – həftədə 2 dəfə tam formal olan, amma nə hikmətdirsə adına “hərrac” deyilən valyuta satışının həcmi ilə bağlı məlumat şəffaf olmalıdır. Əhali və biznes tələb-təkliflə bağlı dinamikanı görməli, buna görə öz işini planlaşdırmalıdır. Zatən bizdə təyin olunan məzənnə rejimidir, hərrac formaldır, proses bazar qaydaları ilə deyil də, inzibati qərarlarla idarə olunur, o zaman həftəlik rəqəmlər niyə açıqlanmır ki?

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər