• 18 Aprel 2025 22:22

ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brinkin istefa verib: Səbəb?

ABŞ prezidenti Donald Trampla siyasi fikir ayrılıqları və Ukrayna prezidenti Vladimir Zelenski ilə iş münasibətlərinin pisləşməsi ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brinkin istefasına səbəb olub.

 

Bu barədə “Financial Times” vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb. Nəşr yazır: “Brinkin istefa qərarı ilə tanış olan insanlar onun Ukrayna strategiyasını dəstəkləmək istəyini şübhə altına alan Tramp administrasiyasının yüksək rütbəli rəsmiləri tərəfindən sıx təzyiqə məruz qaldığını deyirlər”.

 

Eyni zamanda nəşr qeyd edir ki, fevral ayında nadir torpaq metalları ilə bağlı sövdələşmə ilə bağlı Ağ Evdə Vladimir Zelenski ilə Donald Tramp arasında mübahisədən sonra xanım Brink ABŞ prezidentini dəstəkləyib. Qəzet Trampın yanvarın 20-də vəzifəsinin icrasına başlamazdan əvvəl və sonra X saytında Ukrayna və ABŞ səfirlərinin yazılarının təhlilini aparıb. Beləliklə, Trampın andiçmə mərasimindən əvvəlki 75 gün ərzində o, Rusiyanın Ukraynadakı hərəkətlərini 53 dəfə tənqid edib.

Tacxeber.com

Oxşar xəbərlər