• 18 Aprel 2025 22:00

Biabırçı olimpiada qalmaqalı böyüyür – 30 sualdan 9-u səhvdir

Biabırçı olimpiada qalmaqalı böyüyür - Professor Təhsil İnstitutuna faktlarla cavab verdi

Bakupost.az

Rəşid Əliyev,

Riyaziyyat elmləri doktoru, professor

 

Mənim 10 aprel 2025-ci il tarixli “Təhsil İnstitutunun biabırçı olimpiadası – 30 sualdan 9-u səhvdir” adlı məqaləmlə bağlı Təhsil İnstitutunun açıqlamasında qeyd olunur ki, “Doqquz sualda səhv olduğu ilə bağlı iddialar əsassızdır. Dörd sualda səhv olub və həmin sualların cavabı bütün iştirakçıların xeyrinə həll olunub”. Facebookda izləyicilərdən biri şərh bölümündə qeyd etmişdi ki, “gələcəkdə 30 sualdan 30-u da səhv olacaq. Üstəlik həmin səhvləri heç aşkar edən də tapılmayacaq”. Deyəsən bu proses başlayıb. Ən azından artıq Təhsil İnstitutu səhv və düz tapşırıqları ayırd edə bilmir.

 

Aydınlıq məqsədi ilə 23 fevral 2025-ci il tarixdə ARTİ tərəfindən təşkil olunan riyaziyyat fənni üzrə RFO Respublika mərhələsinin yuxarı yaş qrupu üzrə yarımfinal turunda iştirakçılara təqdim olunmuş səhv tapşırıqların izahını qeyd edirəm (mötərizədə tapşırığın olimpiadada təqdim olunma nömrəsi qeyd olunub) və təklif edirəm ki, Təhsil İnstitutu inanılmış, təcrübəli müəllimlərdən ibarət Komissiya yaradıb mənim də iştirakımla neçə tapşırığın səhv olduğunu araşdırsın.

 

Bakupost.az
Bakupost.az
Bakupost.az
Bakupost.az
Bakupost.az
Bakupost.az

Oxşar xəbərlər