• 18 Aprel 2025 20:12

Böyük Britaniya Ukraynaya hərbi yardım göstərəcək

Britaniya Ukraynaya 450 milyon funt-sterlinq (585 milyon dollardan çox) hərbi yardım göstərəcək. Bu yardıma yüz minlərlə pilotsuz uçuş aparatı da daxil olacaq.

Tacxeber.com bu barədə Daily Mail-ə istinadla yazır.

 

“Böyük Britaniya 450 milyon funt sterlinqlik yardım paketinin bir hissəsi olaraq Ukrayna cəbhəsinə göndərilmək üçün yüz minlərlə pilotsuz uçan aparat istehsal edəcək”, – nəşr yazır.

 

Məlum olub ki, təxminən altı dövlət Ukraynaya geniş beynəlxalq koalisiyadan hərbi yardım göstərmək imkanını nəzərdən keçirərək, Ukrayna ərazisinə qoşun yeritməyə hazır olduqlarını bəyan ediblər. Bu ölkələrə İngiltərə, Fransa və bəzi Baltikyanı ölkələr daxildir.

Tacxeber.com

Oxşar xəbərlər