• 12 Aprel 2025 23:53

Daha bir MTK yaşayış ola-ola söküntü aparır – “Evimi başıma uçurdurlar, kömək edin” – FOTO

Redaksiyamıza evinin qanunsuz söküntüsü və qəzalı vəziyyətə salınması ilə bağlı şikayət daxil olub. “Lux Residence” Məhdud Məsuliyyətli Cəmiyyət qanunsuz söküntü işi aparır.

 

Siyavuş Əsgərov Milli.Az-a açıqlamasında bildirib ki, illərdir Yasamal rayonu Kazım Kazımzadə küçəsi 32 ünvanında yaşayır.

 

Evlərin plana düşdüyün eşidəndə o da digərləri kimi sevinib.

 

“Düşündüm ki, verilən konpensasiya ilə özümə yeni mənzil alaram, ya da elə bu kompleksdən mənə mənzil verərlər. Təssüfki heç də hər şey belə olmadı, “Lux Residence” Məhdud Məsuliyyətli Cəmiyyət mənim evimə heç bir təzminat ödənişi etmədən söküntü aparmaq və evimi əlimdən almaq istəyir.

 

Məhkəməyə müraciət etdim və məhkəmə mənim haqlı olduğumu nəzərə alaraq qərar çıxardı. Nəsimi rayon məhkəməsinin qərarına əsasən mənim evim və eləcə də eyni zamanda evlə əlaqəli tikililərin sökülməsi məhkəmə tərəfindən “Lux Residence” Məhdud Məsuliyyətli Cəmiyyətə qadağan edilib. Məhkəmənin qərarında sonra isə söküntü işləri daha da sürətlənib, müxətlif yollarla mənə təzyiqlər göstərilir ki, evimdən çıxıb, heç bir təzminat da vermək istəmirlər.

“Lux Residence” məhkəmə qərarını heçə sayaraq söküntü işlərini davam etdirir, evimi qəzalı vəziyyətə salıblar, ötən günlərdə yağan yağışlar evin içinə doldu, hazırda isə evin üstünü qanunsuz şəkildə sökürlər. Hər an tikili uça bilər, mən və ailəm söküntü altında qala bilərəm, kömək edin”.

 

“Lux Residence” Məhdud Məsuliyyətli Cəmiyyətlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Oxşar xəbərlər