Donald Tramp zəka testi verib

ABŞ Prezidenti Donald Tramp ikinci səlahiyyət dövründə ilk tibbi müayinədən keçib.
Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ lideri müayinə zamanı həmçinin koqnitiv (idrak) test də verib.
Müayinə Valter Rid Milli Hərbi Tibb Mərkəzində olub 4 saat davam edib.
Tramp jurnalistlərə bildirib ki, testlər idrak imtahanını da əhatə edir və həkimləri yaxın günlərdə nəticələrlə bağlı hesabat təqdim edəcəklər.