Prezident Pezeşkiandan ŞOK etiraf: Pul yoxdur, tikməyib, tikməyəcək də… -Video

Dövlətdən məktəb və poliklinika tikməsini gözləyirsinizsə, asanlıqla deyə bilərəm ki, hökumətdən belə bir şey gözləməyin, çünki tikməyəcək.
Tacxeber.com xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian görüş zamanı deyib.
Bunun səbəbini açıqlayan Pezeşkian deyib ki, hökumətin məktəb və poliklinika tikməyə pulu yoxdur: “40 ildir ki, tikmir və bundan sonra da tikə bilməyəcək.Pul ancaq dövlət idarə və müəssisələrində çalışanlara xərclənir. Pulumuz yoxdur, amma xalqımız var”.