Tramp Baydenin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları bir il müddətinə uzadıb
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar paketinin daha bir il müddətinə uzadılması ilə bağlı sərəncam imzalayıb.
Bu barədə məlumat ABŞ-ın Federal Reyestrində yer alıb.
Söhbət 15 aprel 2021-ci il tarixində qüvvəyə minmiş 14024 nömrəli sərəncamdan gedir.
Həmin sərəncam ABŞ-ın o zamankı prezidenti Co Bayden tərəfindən imzalanmış və onun administrasiyası tərəfindən dəfələrlə genişləndirilmişdi.