Azərbaycan diasporasının lideri belə həbs edildi – ANBAAN VİDEO
Rusiyada azərbaycanlı icmasının rəhbəri həbs edilib.
Osman Hüseynov Yaroslavl yaxınlığında saxlanılıb. O, miqrantların qondarma qeydiyyatını təşkil etməkdə şübhəli bilinir. Rusiya Yaroslavl vilayəti üzrə istintaq idarəsi Cinayət Məcəlləsinin 322.3-cü maddəsi-“Əcnəbi vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyasında olduğu yer üzrə saxta qeydiyyata alınması ilə cbağlı inayət işi açıb və araşdırma aparılır. Qeyd edək ki, bu cür əməllər yeni qanunvericiliyə görə ciddi qanun pozuntusu hesab olunur.