• 15 Aprel 2025 12:32

Depressiyadan qurtulmağın SADƏ YOLU TAPILDI

Şenzhen Universitetinin alimləri müəyyən ediblər ki, gündəlik könüllü mikro ianələr emosional rifahı əhəmiyyətli dərəcədə yaxşılaşdıra və depressiya əlamətlərini azalda bilər.

 

Tacxeber.com xəbər verir ki, araşdırma nəticələri “Psychological Science” (PS) jurnalında dərc olunub.

 

Depressiya əlamətləri olan 883 nəfərin iştirak etdiyi üç sınaqda tədqiqatçılar iştirakçılardan Tencent Xeyriyyə platforması vasitəsilə hər gün ən azı bir fen (0.02 AZN) ianə vermələrini xahiş ediblər. Nəticələr göstərib ki, iki aylıq mikrodonasiya proqramında iştirak edənlər nəzarət qrupu ilə müqayisədə əhval-ruhiyyədə davamlı yaxşılaşma və depressiv simptomlarda azalma müşahidə ediblər.

 

Maraqlıdır ki, ianənin məbləğindən asılı olmayaraq müsbət dəyişikliklər baş verib – könüllü yardım aktının özü həlledici idi. Yaxşı bir işin şüurundan yaranan duyğular rifahı yaxşılaşdırmaq üçün kifayət qədər stimul olub.

 

Tədqiqatın müəllifləri vurğulayıblar ki, depressiyadan əziyyət çəkən insanlar üçün altruizmin sosial formaları – könüllülük və ya yaxşı işlər görmək – yorucu ola bilər. Digər tərəfdən, ianələr digər insanlarla qarşılıqlı əlaqə tələb etmir, lakin yenə də əlaqə və məna hissi verir.

 

Tədqiqatın aparıcı müəllifi Jinqtinq Liu deyib:

 

“Hətta bir fen bağışlamaq qayğıkeşlik və aidiyyət aktı ola bilər. İştirakçılar ianə verdikdən sonra sevinc və məmnunluq hiss etdiklərini və bəziləri hətta sikkənin özünün dəyərini fərqli qəbul etməyə başladıqlarını bölüşdülər”.

 

Tədqiqatçılar ümid edirlər ki, onların işləri xeyriyyə təşkilatlarını təkcə pul toplamağa deyil, həm də gündəlik xeyirxahlıq vasitəsilə insanların psixi sağlamlığına dəstək verməyə yönəlmiş platformalar yaratmağa ruhlandıracaq.

Tacxeber.com

Oxşar xəbərlər