“Ora vəsiqə qazanana qədər baxmayacam” — Rəşad Sadıqov
Xəbər verdiyimiz kimi, “Zirə” Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində səfərdə “Neftçi”ni 4:2 hesabı ilə məğlub edib.
“Qafqazinfo”nun məlumatına görə, qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
-Oyun bizim üçün olduqca çətin başladı. Rəqib yaratdığı ilk iki epizoddan yararlandı. Bu dəqiqələrdə toparlanıb, oyuna davam etmək çətin idi. Futbolçular özlərində güc tapdılar, təslim olmadılar. Sona qədər mübarizə apardılar. 4 qol vurduq, məğlub da ola bilərdik. İkinci hissəyə fəal başladıq. Vacib üç xal qazandıq. Artıq qarşıdakı matçlara baxmalıyıq. “Sumqayıt”a qarşı vacib oyun bizi gölzəyir.
-“Qarabağ”ın Azərbaycan çapında güclü olduğunu nəzərə alsaq, keçən il də “Zirə” potensial ölkə çempionu, ölkə kubokunun qalibi olmuşdu. İndi də ikinci pillədəsiniz. Futbol ictimaiyyəti və mediada müşahidə edilir ki, “Zirə” və Rəşad Sadıqovun işi çox da qabardılmır. Səbəbini nədə görürsüz?
-Məşqçiliyə başladıqdan, ikinci sezondan sonra mediadan və sosial şəbəkələrdən maksimum uzaqlaşmışam. Mənfi və müsbət fikirləri izləmirəm. Bilmirəm dediyiniz şəkildədir, ya yox. Biz işimizi onun üzərində qurmamışıq ki, kimsə tərifləsin. Tərifə layiq olsaq, tərifləyəcəklər. Ola bilər ki, məndən gözləntilər çoxdur. Bunu anlayışla qarşılayıram. Üçüncü yerlə 6 xallıq fərq var. Amma qətiyyən düşünmürəm ki, nəsə üstünlüyümüz var, nəyisə həll etmişik. Altı kritik oyunumuz var. Bilmirəm Konfrans Liqasının oyunu nə vaxtdır. Ora vəsiqə qazanana qədər baxmayacam. İndi məni düşündürən “Sumqayıt”la görüşdür.
-Rəşad Sadıqovun görmək istədiyi “Zirə” budur?
-Futbolçu olaraq da, heç vaxt özümdən razı olmamışam. Həmişə düşünmüşəm daha yaxşısını edə bilərəm. Bu gün düşünəcəm ki, nəyi düz etməmişik ki, rəqib bu gün fərqləndi, iki qol buraxdıq. Samir Abasovun gəlişindən sonra “Neftçi” etibarlı müdafiə olunur. Bu həftə onu düşünəcəm ki, harada düz etmədik, qollar buraxdıq. Yəqin oyunçular 100 faiz oyuna köklənməmişdi ki, iki qol buraxdıq. “Zirə” yaxşıdır, bu kifayət edir” kimi fikirləri düşünmürəm. Onu düşünsəm, geri addamlayarıq.
-Oyunun əvvəlində iki qol buraxdınız, inamlı deyildiz. Birdən-birə nə oldu? Bundan sonra “Neftçi”də arxayınlaşma yarandı? 0:2 uduzduğunuz halda, necə oldu ki, geridönüş etdiniz? Mənə səmimi gəlmədi baş verənlər…