“Qiymətlər bir də qalxsa, xalq da qalxacaq…”
“Hələ ki, maaşlarımız enməyib, ailəmizdən və ya dost-tanışlarımızdan ixtisara duşən və işini itirən yoxdur. Ancaq Amerika cəmiyyəti belə dayanmaz, hələ sakit görunduyünə baxmayın. Burada xalq hər zaman sözünü deyəndir, insanlar heç nədən çəkinmirlər…”
“Tramp dogrudan da qeyri-stabil və dərin aglı olmayan, guvənsiz bir adamdir. Bizim ştatda da ona səs verənlər cox oldu, amma indi hamısı təəssüf edir, əlbəttə… Fəqət, onu da deyim ki, dogrudan da layiqli namizəd yox idi səs verməyə. Hec biri Amerikani təmsil edəsi, xalqın qeydinə qalası adam deyildi”.
Tacxeber.com xəbər verir ki, bu fikirləri Moderator.az-a açıqlamasında uzun illərdir ki, Amerika Birləşmiş Ştatlarında yaşayan və həmin ölkənin vətəndaşı olan soydaşlarımızdan biri söyləyib.
“Prezident seçkilərində mən Kamala Harrisə səs verdim. Yalnız Rusiya- Ukrayna müharibəsinə görə… Sırf Putin rejiminin məğlub edilməsinə, məhv edilməsinə görə… Ümid edirdim ki, yenidən demokrat prezident olsa, muharibəni axıra qədər aparacaqlar və Rusiyanı diz çökdürüb yerində oturdacaqlar. Və bu da mənim Vətənim Azərbaycana da xeyirli olacaq. Təəsssüf ki, arzumuz baş tutmadı və mənim gözlədiyim baş vermədi… Rusiya hələ də məhv edilməyib və Azərbaycanı yenə də özünün köləsi etməyə çalışır”, -deyə davamında həmsöhbətimiz bildirib.
“Həyat yoldaşım heç kəsə səs vermədi. Övladlarım ikisi də Demokratlar Partiyasının üzvüdürlər. Və təbii ki, ikisi də Kamala Xarrisə səs verib. Hazırda Tramp hakimiyyəti daim cox kəskin tənqid edirlər və durumun pisləşəcəyini gozləyirlər..
Hələ ki, maaşlarımız enməyib, ailəmizdən və ya dost-tanışlarımızdan ixtisara duşən və işini itirən yoxdur. Ancaq Amerika cəmiyyəti belə dayanmaz, hələ sakit görunduyünə baxmayın. Burada xalq hər zaman sözünü deyəndir, insanlar heç nədən çəkinmirlər…Amma hələlik gözləme vəziyyətindədirlər, hələ bəziləri qeyri-muəyyən fikirdədir. İnsanlar öz iş-güclərindədirlər. Cox güclü panika yoxdur hələ. Yəni oturub gözləyirlər. Tariflər yenicə qalxdıgından ərzaq, geyim qiymətlərində hələ cox artım yoxdur. Ancaq məlumdur ki, tezlikle olacaq qiymət artımı və bildiyiniz kimi, ümumiyyətlə iqtisadi vəziyyət gündən-günə pisə doğru gedir. 100 faiz… Və onu bilirəm ki, əgər qiymətlər tezliklə yenə qalxsa, xalq da qalxacaq. Özü də qiymətlər “COVİD” pandemiyasından bu yana arta-arta gəlib”, -deyə soydaşımız xəbərdarlıq edib.
“Amma Tramp tərəfdarları isə hər şeyin yaxşı olacağını vəd edir. Qalanlar isə acıqlı, məyus, çaşqın halda gözləyirlər… Dunyanı qatıb bir-birinə bu ABŞ prezidenti. Amma guya çalişdıgı odur ki, ölkəsinə, yəni Birləşmiş Ştatlara xeyir gətirsin, gücləndirsin”,- deyə o, yekunlaşdırıb.