“Türkcəni gah öyrənirsən, gah unudursan…” – Ərdoğan Kosovo prezidentinə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyəyə səfər edən Kosovo Prezidenti Vjosa Osmani ilə görüşündə maraqlı anlar yaşanıb.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, görüş zamanı Ərdoğan ona türkcə danışığını unutmaqla bağlı zarafat edib.
“Sən də türkcəni gah öyrənirsən, gah unudursan…”, – deyə Türkiyə lideri kosovalı həmkarına deyib:
Osmani isə Ərdoğanın zarafatını belə cavablandırıb: “Haqlısınız, bəli, öyrənirəm, ancaq sizinlə danışaraq təcrübə keçməliyəm”.
Görüntüləri təqdim edirik:
Tacxeber.com