Donald Tramp Rusiya-Ukrayna müharibasi barədə: Bu, Baydenin müharibəsidir
ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukraynadakı münaqişədə Amerika siyasətinin əsas məqsədi hərbi əməliyyatların tam dayandırılmasına nail olmaqdır.
Tramp izah edib ki, Amerikanın yeni administrasiyası ABŞ-ın 46-cı prezidenti Co Baydenin prezidentliyi dövründə başlayan münaqişənin uzanmasında maraqlı deyil. “Bu, Baydenin müharibəsidir. Bu, mənim müharibəm deyil. Mən çox qısa müddətdir ki, buradayam ” deyən Donald Tramp təyyarəsində jurnalistlərə bildirib. Prezident əlavə edib ki, Ukrayna münaqişəsi ABŞ-a milyardlarla dollara başa gəlib. Trampın fikrincə, sələfi buna imkan verməməli idi.