Vladimir Zelenski etiraf etdi: Amerikanın dəstəyi olmasa, Ukrayna daha çox ərazilər itirəcək
Amerikanın dəstəyi olmasa, Ukrayna çoxlu itkilərə məruz qalacaq.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski aprelin 13-də yayımlanan CBS News telekanalının “60 dəqiqə” proqramına müsahibəsində deyib. “Düşünürəm ki, ABŞ olmasa, biz çoxlu itkilər verəcəyik: insan və ərazi itkiləri. Təbii ki, ABŞ olmadan müharibəni mümkün qədər tez bitirmək və ədalətli sülh əldə etmək çətin olacaq, bu, faktdır”, – prezident bildirib.
Lakin o, ABŞ-ın Ukraynanı dəstəklədiyini hiss edib-etməməsi ilə bağlı suala cavab verməzdən əvvəl fasilə verdi. “Mən həqiqətən belə suallara doğru və tez cavab vermək istəyirəm ki, ABŞ bizim strateji əhəmiyyətli güclü tərəfdaşımızdır. Və bu pauza şübhə doğurur. Şübhə etmirəm ki, Amerika xalqı bizimlədir. Amma müharibə uzun çəkir, çox şey unudulub. Və mən istərdim ki, bu anı keçək və daha heç bir fasilə olmasın”, – o deyib.