“Uçan taksi”nin sürücüsü xəstəxanadan qovuldu


Atam Anar Nəcəfov müalicə aldığı Sabunçu Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb. Buna səbəb bir neçə gün əvvəl atamın yığılan pullarla bağlı açıqlama yaydığı videoda səsləndirdiyi fikirlər olub.
Tacxeber.com xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında sürücü Anar Nəcəfovun oğlu Elvin Nəcəfov deyib.
Onun sözlərinə görə, hazırda atasının durumu orta-ağırdır və o, özəl xəstəxanaya yerləşdirilib.