• 09 İyun 2025 08:09

Ucarda xəstə narkozdan sonra komaya düşüb

 Ucarda xəstə narkozdan sonra komaya düşüb
Paylaş

Ucarda xəstə narkozdan sonra komaya düşüb.

 

Tacxeber.com APA-ya istinadla xəbər verir ki, hadisə Ucar Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb.

 

Səhhətində yaranmış problemlə əlaqədar olaraq xəstəxanaya müraciət edən rayonun Qazyan kənd sakini, 1999- cu il təvəllüdlü Sübhan İlham oğlu Hüseynova bel nahiyyəsində olan dermoid kistadan əməliyyat olunması məsləhət bilinib.

 

Xəstəyə həkimlər tərəfindən verilən narkozdan sonra o, kamotoz vəziyyətində reanimasiyya şöbəsinə yerləşdirilib.

 

Məlumata görə, xəstə hələ kamotoz vəziyyətdədir.

Tacxeber.com

Oxşar xəbərlər