Xamenei ABŞ ilə danışıqları uğurlu adlandırdı
İranın ali rəhbəri Əli Xamenei ötən həftə Omanda keçirilən Tehran-Vaşinqton danışıqlarından söz açıb.
Tacxeber.com xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
O bildirib ki, bu müzakirələr İran Xarici İşlər Nazirliyinin onlarla vəzifələrindən biridir.
Xamenei danışıqları ilkin mərhələdə uğurlu addım adlandırıb.
“İran danışıqlarla bağlı nə həddən artıq optimist, nə də həddən artıq bədbindir”, – deyə o bildirib.