Eldar Əzizov kimi bacarıqsız adamlar iqtidar tərəfindən də, xalq tərəfindən də normal qarşılanır.

Cəmi 6 ay əvvəl Bakıda subasmaya məruz qalmış tuneldən iki cəsəd çıxarıldı. İndi Bakıya yenə yağış yağıb, yenə tunelləri su basıb.
Bu isə o deməkdir ki, 2018-ci ildən Bakı şəhərinə rəhbərlik edən Eldar Əzizov (1957) hətta 2 vətəndaşın ölümünə səbəb olmuş faciədən dərs almayıb. Yenə səhlənkarlığa yol verib. Yəni bu il də insanların eyni aqibətlə üzləşməsinin qarşısını almaq üçün gərəkən işləri görməyib…
İndi mən soruşuram: Hörmətli Eldar müəllim sıradan vətəndaş olsaydı, onun əziz adamının ölümünə göz yuman Bakı şəhər icra başçısı haqqında nə düşünərdi? Ona hansı münasibət bəsləyərdi? Təbii ki, ona hörmət etməzdi. Onun ünvanına göydələn söyüşlər yağdırardı..
Bu günkü Azərbaycanın faciəsi ondadır ki, bu ölkəyə Eldar Əzizov kimi məsuliyyətsiz və bacarıqsız adamlar rəhbərlik edir. Və bu, iqtidar tərəfindən də, xalq tərəfindən də normal qarşılanır.
Ancaq bir normal ölkədə 2 nəfərin ölümünə səbəb olan şəhər rəhbəri xalqdan üzr istəyərək istefa verərdi. Ömrünün sonuna qədər də ö ölümlərə görə özü özünü ittiham edərdi. Namuslu adamlar idarəçiliyə xüsusi məsuliyyət hissi ilə yanaşırlar…
Bütün dünya dəyişir. Azərbaycanda isə xalqa biganə olan idarəçilik təfəkkürü dəyişmir. Ona görə də Azərbaycanda vətəndaş xoşbəxt deyil. Çünki bu ölkədə insanın, insan həyatının dəyəri yoxdur…
Cənab İlham Əliyev 2017-ci ildə Eldar Əzizovu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. Heç olmasa, bu ordenin adına hörmət qoyun…