• 19 Aprel 2025 03:05

AFFA “Neftçi” və “Kəpəz”i azarkeşlərinə görə cəzalandırıb

AFFA “Neftçi” və “Kəpəz”i azarkeşlərinə görə cəzalandırıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

 

12.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXX turun “Sumqayıt” – “Şamaxı” oyununda “Şamaxı” klubunun fotoqrafı zonalar üzrə qaydanı pozduğuna görə “Sumqayıt” komandası 500 manat cərimə edilsin (maddə 96);

 

13.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXX turun “Kəpəz” – “Araz-Naxçıvan” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Kəpəz” klubu 500 manat cərimə edilsin (maddə 43.7);

 

13.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXX turun “Neftçi” – “Zirə” oyununda “Neftçi” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Neftçi” komandası 700 manat cərimə edilsin (maddə 37);

 

13.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXX turun “Neftçi” – “Zirə” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib futbolçuya irqi mənsubiyyətinə görə təhqiramiz səslər çıxarıldığına görə “Neftçi” klubu 2000 manat cərimə edilsin (maddə 48.3);

Tacxeber.com

Oxşar xəbərlər