Fransa Xarici İşlər naziri Aİ və ABŞ-ı Rusiyanın iqtisadiyyatını sanksiyalarla məhv etməyi təklif edib.

Fransa xarici işlər naziri Jan-Noel Barro Aİ və ABŞ-ı Rusiyanın iqtisadiyyatını sanksiyalarla birgə məhv etməyə çağırıb.
Belə ki, o deyib: “Ukrayna artıq bir aydan çoxdur ki, atəşkəsə açıq şəkildə razıdır,
amma, V.Putin bu istiqamətdə hərəkət etməyə heç bir istək göstərmir.
Deməli, onu buna məcbur etmək lazımdır və məhz buna görə mən Aİ-ni Rusiyaya qarşı ən sərt sanksiyaları qəbul etməyə çağırıram!
Mən hesab edirəm ki, ABŞ, o cümlədən bu məsələyə çoxlu vaxt və enerji sərf edən prezident Tramp da, artıq hazırlanmış sanksiyalar vasitəsilə Rusiyanı danışıqlar masasına əyləşməyə məcbur edə bilər”.