Su basmış yerlərdə uşaqlar belə təxliyə edildi – VİDEO

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən gündən başlayan intensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması əməliyyatı həyata keçirilir.
Tacxeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində bu vaxtadək su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 3-ü uşaq olmaqla ümumilikdə 20 nəfər vətəndaş təxliyə olunub.