“Turan Tovuz”un baş məşqçisinə AĞIR CƏZA

AFFA İntizam Komitəsi “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyevi 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırıb.
Tacxeber.com xəbər verir ki, buna mütəxəssisin Premyer Liqanın XXX turunda, “Sabah”la oyunda ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etməsi səbəb olub.
Ona üç aylıq sınaq müddəti təyin edilib. Baş məşqçinin bu davranışına görə kluba 4000 manat cərimə kəsilib. Tovuz təmsilçisi dörd futbolçu sarı vərəqə aldığı üçün 700, azarkeşlərin meydana kənar əşyalar atmasına görə 800, fanatların hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirməsi ucbatından (bu hal 5-ci dəfə təkrarlanır) 1000 manat ödəməli olacaq.