• 19 Aprel 2025 10:18

Amerikada hərbi zavod partlayıb

Çərşənbə günü yerli vaxtla səhər saatlarında baş verən partlayış Amerikanın “Northrop Grumman” hərbi şirkətinin Yuta ştatındakı zavodunda binanı dağıdıb.

 

Bu barədə “Fox13 News” telekanalı məlumat yayıb. “Boks Elder qraflığında “Northrop Grumman” zavodunda baş verən partlayış binanın tamamilə dağılması ilə nəticələnib”, – telekanalın açıqlamasında deyilir. Mənbənin sözlərinə görə, partlayış nəticəsində xəsarət alan olmayıb. Hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Tacxeber.com

Oxşar xəbərlər