Bakıdan inanılmaz görüntü – Fantaziya yoxsa reallıq? + VİDEO
Son günlərdə süni intellektin yaratdığı görüntü sosial şəbəkələrdə maraqla qarşılanıb.
Tacxeber.com xəbər verir ki, Bakının yağışlı gününə aid bu təsvirdə qayıqlarda hərəkət edən insanlar, suyun küçələri tamamilə bürüməsi və hətta binaların bir qisminin yarısına qədər su altında qalması əks olunub. Bəziləri bu görüntünü gələcəyin ssenarisi kimi qəbul etsə də, digərləri üçün bu, reallıqdan çox uzaq olan bir fantaziyadır.
Bəs bu görüntü nəyə əsaslanır? Son illərdə paytaxtda müşahidə olunan ani yağışlardan sonra küçələrin su ilə dolması, piyadaların səkilərdə hərəkət edə bilməməsi, avtomobillərin dayanması və sel sularının bəzi evlərin zirzəmilərinə dolması artıq Bakılıların yadına düşməyəcək qədər tanış mənzərədir.
Süni intellektin təqdim etdiyi səhnədə insanlar artıq yolda deyil, qayıqda hərəkət edir. Bu bəlkə də vizual olaraq şişirdilmiş və təsirli görünə bilər, amma şəhərin suötürücü sisteminin illərdir müzakirə olunan problemləri fonunda süni intellektin hazırladığı görüntü bir zarafatdan çox xəbərdarlıq kimi də qəbul oluna bilər.