• 19 Aprel 2025 17:33

Tramp İsrailə İranın nüvə obyektlərini vurmağı niyə qadağan etdi?…-“The New York Times”

İsrail may ayında İranın nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırıbmış, lakin ABŞ prezidenti Donald Tramp bunu qadağan edib.

 

Bu barədə “The New York Times” qəzetində dərc olunan məqalədə deyilir.

İsrail Tehranın zəifliyi ucbatından İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün onu vurmaq istəyir, lakin Tramp hesab edir ki, buna diplomatiya yolu ilə nail olmaq olar.

 

Nəşr yazır ki, məsələnin güc və diplomatik yolla həlli ilə bağlı müzakirələr Trampın komandası daxilində fikir ayrılıqlarını üzə çıxarıb. Güc variantının tərəfdarları deyirlər ki, İrana hərbi hücum ölkənin nüvə ambisiyalarını məhv edə və daha geniş müharibədən qaçmağa imkan verə bilər. Amma son nəticədə Tehran danışıqlara razı olduğu üçün güc variantından qaçmaq qərarı verilib.

 

Nəşrin mənbələri bildirir ki, İsrail hücum planı hazırlayıb və 2025-ci ilin mayında İranın nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırıb. İsrail planlarını həyata keçirməyə hazır olub və Vaşinqtonun dəstəyinə ümid edib. Əməliyyatın məqsədi ən azı bir il müddətinə İranın nüvə silahı potensialını məhv etmək olub.

 

Eyni zamanda, İsrailin bütün planlarına ABŞ-dan yardım da daxil edilib, xüsusən də bu, Tehranın hücuma cavab verəcəyi təqdirdə ölkənin müdafiəsi ilə bağlı olub.

Xatırladılır ki, Ağ Evdəki ilk müddətində Tramp Barak Obamanın bağladığı İran nüvə sazişini ləğv edib. Lakin artıq ikinci müddətində Tramp Yaxın Şərqdə müharibədən qaçmaq istəyir, ona görə də diplomatiya yolu ilə hərəkət etmək qərarına gəlib. (Moderator)

 

Tacxeber.com

Oxşar xəbərlər