Yaşıl bananın xərçəng xəstəliyindən qoruduğu aşkarlanıb
Yaşıl bananların müntəzəm istehlakı kolorektal xərçəngə tutulma riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Tacxeber.com xəbər verir ki, bunu ispan həkim Uilyam Ariasın bildirib.
Mütəxəssisin sözlərinə görə, yaşıl bananda prebiyotik rolunu oynayan xüsusi karbohidrat növü var. Bu, bağırsaq mikroflorasını və hüceyrələri iltihabdan və bədxassəli dəyişikliklərdən qoruyan qısa zəncirli yağ turşularının istehsalını normallaşdırmağa kömək edir.
Arias vurğulayıb ki, yaşıl banan təkcə xərçəngin qarşısını almaq üçün faydalı deyil. Onlar həmçinin xolesterol səviyyəsini aşağı salmağa, 2-ci tip diabetin inkişafının qarşısını almağa və piylənmə ilə mübarizə aparmağa kömək edirlər.
Eyni zamanda, o qeyd edib ki, yetişmiş banan eyni təsirə malik deyil və bağırsaq sağlamlığı üçün oxşar faydalar vermir.