Zelenski Çinin Rusiyaya silah tədarük etdiyini iddia edir
Ukraynanın əlində barıt və artilleriya sistemləri də daxil olmaqla, Çinin Rusiyaya silah göndərilməsi ilə bağlı məlumatlar var.
Tacxeber.com “İnterfaks-Ukrayna”-a istinadla xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski deyib.
“Söhbət konkret olaraq barıt və artilleriyadan gedir. Həmçinin Çin Rusiya ərazisində silah istehsalı ilə məşğuldur”, – Zelenski bildirib.
Oxşar ittihamlar daha əvvəl G7 tərəfindən ötən ilin oktyabrında səslənmişdi. Həmin vaxt G7 ölkələrinin müdafiə nazirləri Rusiya ilə Çin arasında hərbi əməkdaşlığın güclənməsindən narahat olduqlarını bildiriblər və bunu Ukraynada “sabitliyi pozan hərəkətlərlə” əlaqələndiriblər.