Qənirə Ataşovadan Səhiyyə Nazirliyinin siyahısına reaksiya: Kimlərə haqsızlıq olundu?
Hazırda Amerikada yaşayan jurnalist Qənirə Ataşova ötən gün Səhiyyə Nazirliyi tərəfindən fəaliyyətinə icazə verilən plastik cərrahların siyahısına ilginc reaksiya verib. Jurnalist siyahıda məşhur cərrahların adının olmamasına təəccübünü gizlətməyib:
“Səhiyyə Nazirliyi plastik cərrahiyə ilə bağlı siyahını nəhayət dərc etdi. Bəs sizcə, kimlərə haqsızlıq oldu? Mən bəzi təcrübəli həkimlərin adını orada görməyəndə azacıq intriqa qoxusu aldım. Amma yaxşı tərəfi də var: artıq plastik cərrah sertifikatı “bazarlığına” həvəs qalmayacaq. Kimsə satmaz, kimsə də almaz, inşallah. Və ən əsası – ümumi cərrahların haqlı olduqları sahədə işləməsinə nəhayət sənədli-sübutlu icazə verildi. Gözümüz aydın!”