• 19 Aprel 2025 21:57

Seyran Ohanyan düz deyir?

“Hayastan” fraksiyasının lideri Seyran Ohanyan baş nazir Nikol Paşinyanı tənqid edib. Deyib ki, Azərbaycanın təklifləri Ermənistan tərəfindən yerinə yetirilir, lakin Azərbaycanın tələbləri daha da artır. Heç olmasa sülh sazişi üzrə danışıqlar zamanı Azərbaycanın Ermənistana hər hansı bir güzəştə getdiyini qeyd edə bilərsizmi?

 

O, daha sonra hökumətin ATƏT-in Minsk Qrupunun buraxılması və Bakının tələb etdiyi konstitusiya dəyişiklikləri ilə eyni vaxtda Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu tənqid edib.

 

“Bu hadisələr təkcə Artsaxı silib atmır, həm də Ermənistanın varlığını riskə soxur”, – Ohanyan xəbərdarlıq edib.

 

Xatırladım ki, Seyran Ohanyan (1962) 2000-2007-ci illərdə qondarma Dağlıq Qarabağın, 2008-2016-cı illərdə isə Ermənistanın müdafiə naziri oub. 2020-ci ildə Şuşa uğrunda gedən döyüş zamanı Seyran Ohanyanın yaralanması ilə bağlı Azərbaycan tərəfi rəsmi məlumat yaysa da erməni tərəfi bunu təkzib edib. Onu da qeyd edim ki, Seyran Ohanyan general-polkovnikdir. Azərbaycan rəsmən onu genosid törətməkdə ittiham edir. Onun həbsi ilə bağlı beynəlxalq səviyyədə axtarış elan olunub.

 

Məncə, Seyran Ohanyan düz deyir. Heç yadıma gəlmir ki, sülh sazişi üzrə danışıqlar zamanı Azərbaycan Ermənistana hər hansı bir güzəştə getsin. Siz necə, Azərbaycanın hər hansı bir məsələdə güzəştə getdiyini qeyd edə bilərsizmi?

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər