• 20 Aprel 2025 09:36

“ABŞ Ukraynaya yeni silah tədarükü ilə bağlı ciddi düşünmür”

Donald Tramp administrasiyası Ukraynaya gələcək hərbi yardımla bağlı faktiki olaraq ciddi müzakirələr aparmır.

 

Bu barədə “The New York Times” nəşri yazır.

 

Qeyd olunur ki, avropalı diplomatlar Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsinin davam etdirilməsi ilə bağlı ABŞ-dən dəqiq zəmanət almadıqlarını təsdiqləyiblər.

 

Nəşr yazır ki, Donald Tramp administrasiyası getdikcə Ukrayna məsələsini “necə kömək edə bilərik” yox, “nə əldə edəcəyik” prizmasından dəyərləndirir.

 

ABŞ Təhlükəsizlik Şurasının Rusiya məsələləri üzrə keçmiş müşaviri Fiona Qillin sözlərinə görə, Tramp Ukraynanı danışıqlar prosesindən kənarlaşdırmaq mənasına gəlsə belə, Moskva ilə birbaşa qarşılıqlı əlaqə qurmağa çalışır. (Azpolitika.info)

 

Tacxeber.com

Oxşar xəbərlər